AZ

Türkiyənin BRICS-ə üzvlüyü nəzərdən keçiriləcək

BRICS ölkələri Türkiyənin assosiasiyada tam iştirakla bağlı müraciətinə baxacaqlar.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə tam üzv olmaq üçün ərizə təqdim edib, ona baxacağıq”, - Kreml nümayəndəsi bildirib. vakansiya

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) dünən Türkiyənin BRİKS-ə üzv olmaq üçün ərizə verdiyini təsdiqləyib.

Bundan əvvəl Bloomberg mənbələrə istinadən Ankaranın BRİCS-ə üzvlüklə bağlı müraciəti barədə yazıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
yenisabah.az

1Mənbələr