“Ölkədə problemlərin olmasıyla bağlı günahsız olduğumuzu deyə bilmərəm”.
"AzPolitika" xəbər veir ki, bunu İranın yeni Prezidenti Məsud Pezeşkian ötən gün Məşhəd şəhərində iş adamları ilə görüşdə mövcud problemlər haqqında danışarkən deyib.
“Sadaladığınız problemlərə gəlincə, günahsız olduğumuzu deyə bilmərik. Mən özüm də parlamentdə millət vəkili olmuşam və bu problemlərdə günahkar olmadığımızı qəbul edə bilmərəm. Biz parlamentdə millət vəkilləri ilə birlikdə qanunlar hazırlayıb, səs verirdik. Heç bir şeyə səbəb olmamışıq demək olmaz, indiki vəziyyəti biz yaratmışıq”,- deyə o, qeyd edib.
"AzPolitika.info"