AZ

Qərbi Azərbaycana qayıdış istiqamətində fəaliyyətimizi intensivləşdirməliyik



“Qərbi Azərbaycana qayıdış istiqamətində fəaliyyətimizi intensivləşdirməyə ehtiyac var. Düzdür, ötən dövr ərzində bu istiqamətdə müəyyən addımlar atılıb və Qərbi Azərbaycan İcmasının uğurlu fəaliyyəti nəticəsində beynəlxalq təşkilatlarla əlaqələr qurulub. Ancaq bütün halda bu istiqamətdə fəaliyyətimizi bir qədər də artırmalıyıq”.

Newscenter.az xəbər verir ki, bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, qondarma rejimin tör-töküntülərinin bu günlərdə yenidən Azərbaycanı, onun ərazi bütövlüyünü təhdid edən fikirlər səsləndirməsi bunu zəruri edir:

“Bu mənada yeni seçilmiş VII çağırış Milli Məclisdə Qərbi Azərbaycanla bağlı xüsusi bir komissiyanın yaradılması təşəbbüsü də təqdirəlayiqdir. Həm həmin komissiya, həm də ümumən yeni seçilmiş parlamentin beynəlxalq əlaqələri daha da gücləndirməsi yolu ilə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba torpaqlarına qayıtması hüququnun beynəlxalq səviyyədə tanınması və bu prosesin reallaşmasına nail ola bilərik”.

Süleyman
Seçilən
57
newscenter.az

1Mənbələr