AZ

İqor Ponomaryov: “Bazel”ə qarşı oynamaq “Sabah” üçün yaxşı təcrübə olacaq

İqor

Bakı, 4 sentyabr, AZƏRTAC

“Bazel” güclü və təcrübəli komandadır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun idman direktoru İqor Ponomaryov U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində İsveçrə “Bazel”inə qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.

Funksioner bu cür mühüm turnirdə güclü komandalara qarşı oynamağın özləri üçün yaxşı təcrübə olacağını bildirib: “Çempionlar Liqası kimi turnirdə belə komandalarla üz-üzə gəlmək oyunçuların inkişafına müsbət təsir edir. Təbii ki, rəqibin kimliyi bizə fərq etmir, çünki qələbə qazanmaq önəmlidir. “Bazel”lə matçlara da bunun üçün çıxacağıq. Hər bir kollektiv bu yarışda daha da irəli getmək istəyir. İnanıram ki, uğurlu nəticə əldə edəcəyik”.

İ. Ponomaryov indidən növbəti mərhələ barədə danışmağın tez olduğunu söyləyib: “Hələlik fikrimizi “Bazel”lə oyunlara kökləmişik. Turnirdə mübarizə aparan komandaların heç biri zəif deyil. İstəyirik ki, ”Sabah” azarkeşlərinə baxımlı oyun göstərək”.

Qeyd edək ki, komandalar arasında ilk oyun oktyabrın 23-də səfərdə, cavab matçı isə noyabrın 6-da evdə olacaq. Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azertag.az

1Mənbələr