AZ

“Dolları olan hər kəs peşman olacaq: İnflyasiya… – Şok proqnoz

Dünyada bir çox insan artıq vərdiş olaraq sərvətlərini dollar aktivlərinə investisiya qoymaqla qurur.

Medianews.az xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Valentin Katasonov bildirib.

“ABŞ-nin güclü əsas valyutasına arxalanmağa davam edən hər kəs tezliklə buna görə çox peşman ola bilər. Məsələ ondadır ki, Amerika valyutası amansızcasına ölümünə yaxınlaşır. Deməli, mahiyyət etibarı ilə dolların “ölü əli” yaxın gələcəkdə öz sahiblərini məhv edə bilər. ABŞ-də tüğyan edən inflyasiya və birjanın mümkün çökməsi ilə nəticələnə biləcək yeni qlobal iqtisadi böhran vəziyyətində dolların məzənnəsi hətta müəyyən müddətə qalxa bilər, çünki milyonlarla insan ilk başda bir sığınacaq olaraq qəbul etməyə davam edəcək. Bununla belə, nə qədər çox vaxt keçsə, valyuta bir o qədər sürətlə ucuzlaşacaq və nəticədə sadəcə çökəcək”,- o deyib.

Ayşən

 

Seçilən
45
4
medianews.az

10Mənbələr