AZ

İvan Tauni “Əl-Əhli”də nə qədər maaş alacaq?

İngilis hücumçu İvan Tauninin Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda nə qədər pul qazanacağını müəəyyənləşib.

90deqiqe.Az-ın “The Telegraph”a istinadən məlumatına görə, 28 yaşlı futbolçu bonuslar da nəzərə alınmaqla, Səudiyyə Ərəbistanı təmsilçisində həftəlik 600 min avro qazanacaq.

Qeyd edək ki, Tauni bu yay transfer pəncərəsində "Brentford"dan "Əl Əhli"yə keçib. İngiltərəli forvard Səudiyyə klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb. "Əl-Əhli" rəhbərliyi Tauni üçün təxminən 45 milyon avro ödəyib.

Xatırladaq ki, ötən mövsüm İvan Tauni İngiltərə çempionatında “Arılar”ın heyətində 17 oyun keçirib və bu oyunda dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
90deqiqe.az

1Mənbələr