AZ

“Ermənistanı heç kim silah almamağa məcbur edə bilməz” – Xandanyan

“Ermənistanın müdafiə ehtiyaclarını ödəmək və problemlərin həlli istiqamətində hərəkətlər Ermənistanın suveren qərarıdır, üçüncü tərəf Ermənistanı silah almamağa məcbur edə və ya tələb edə bilməz”.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə ER Milli Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bu gün jurnalistlərlə söhbətində Azərbaycanın Ermənistanın silahlandırılması ilə bağlı son tələblərinə toxunaraq bildirib.

Onun sözlərinə görə, “Ermənistan Respublikası Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin tətbiqi ilə bağlı aydın təkliflə çıxış edib, bu təklif cavabsız qalıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan da özünü silahlandırır, əgər orada narahatlıq varsa, burada daha çox narahatlıq var, ona görə də ER-nin təklifi məntiqlidir”.

Seçilən
128
tribunainfo.az

1Mənbələr