Rusiya Hindistandan gizli şəkildə mallar alır və ölkədə fabriklər tikmək imkanlarını araşdırır.Metbuat.az bildirir ki, bu barədə “The Financial Times” məlumat yayıb. Qeyd edilir ki, Rusiya Sənaye və Ticarət Nazirliyi 2022-ci ilin oktyabrında 1 milyard dollarlıq məxfi plan hazırlayıb. Plan Hindistana neft satışının sürətlə artması ilə əlaqədar Rusiya banklarının topladığı rupinin “əhəmiyyətli ehtiyatlarından” istifadəni nəzərdə tutur.Məqalədə deyilir ki, Hindistan "əvvəllər dost olmayan ölkələrdən tədarük edilən" əsas mallar üçün alternativ bazar olaraq görülür. Moskva elektronikanın inkişafı və istehsalı üçün Rusiya-Hindistan müəssisələrinə sərmayə qoymağı planlaşdırır.
Ticarət məlumatları göstərir ki, Hindistanla münasibətlər müəyyən məhsul kateqoriyaları üzrə dərinləşib. Hindistanın Moskva ilə əlaqələri Vaşinqtonla fikir ayrılığına səbəb olur.