AZ

Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda müzakirəyə çıxarıb.

"Report"un yerli bürosu xəbər verir ki, parlament müxalifətin boykotuna baxmayaraq, qanunlar paketini səsverməyə çıxarıb və qəbul edib.

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” düzəlişlər paketinə əlavə olaraq, gürcü deputatlar “Amnistiya haqqında” qanun layihəsini də qəbul ediblər.

Qeyd edək ki, sözügedən layihə LGBT mövzularını təbliğ edən səhnələrin Gürcüstan televiziyalarında yayımlanmasının qadağan edilməsini nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
report.az

2Mənbələr