AZ

Qazax 1 Saylı Mediasiya Təşkilatında görüş keçirilib - FOTOLAR

Mediasiya Şurasının rəhbərliyi və region mediasiya təşkilatı rəhbərləri Qazax 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub.

QHT.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Gəncə 1 saylı Mediasiya Təşkilatının sədri Südabə Məmmədova, Gəncə 2 saylı Mediasiya Təşkilatının sədri Anar Abdullayev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının sədri Musa Ramazanov, Mingəçevir 1 saylı Mediasiya Təşkilatının sədri Ayaz İsmayılov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının sədri Ramin Şükürov, Şəki 1 saylı mediasiya təşkilatının sədri Dərya Yaşarlı, Masallı Mediasiya Təşkilatının sədri Xanhüseyn Səmədov, Qusar Mediasiya Təşkilatının sədri Radik Kazımov, Bərdə 1 saylı Mediasiya Təşkilatının sədri Müşviq Mehdiyev, Goranboy 1 saylı Mediasiya Təşkilatının sədri Vüsalə Tağıyeva, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının sədri Tahir Balakişiyev, Tovuz 1 saylı mediasiya təşkilatının sədri Elşad Rəhimov, ️Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın sədri Nigar Hüseynzadə, Samux 1 Saylı Mediasiya Təşkilatının sədri Raul İsmayılov, Qəbələ Mediasiya Təşkilatının sədri Ədalət Əliyev və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru Taryel İsgəndərov Qazax 1 saylı mediasiya təşkilatını ziyarət edib.

Nadir Adilov ölkədə mediasiya sahəsinin yarandığı gündən indiyədək əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb, barışıq sazişlərinin keyfiyyətli məzmunu barədə məlumat verib və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.

Qazax 1saylı Mediasiya Təşkilatının rəhbəri Pərvin Əhmədov təşkilatın fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər barədə geniş məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
qht.az

1Mənbələr