AZ

Əfsanəvi güləşçi Aleksandr Medved dünyasını dəyişib

“BelTA” agentliyi Belarus Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,

əfsanəvi belarus güləşçisi, üçqat Olimpiya çempionu Aleksandr Medved sentyabrın 2-də 86

yaşında, 87 yaşına iki həftə qalmış vəfat edib.

İdman karyerası ərzində Aleksandr Medved sərbəst güləş üzrə ilk üçqat Olimpiya çempionu

olmaqla yanaşı, doqquz qat Sovet İttifaqı çempionu, yeddiqat dünya çempionu və üçqat Avropa

çempionu olub.

Çıxışlarını başa vurduqdan sonra Aleksandr Medved məşqçilik fəaliyyəti ilə məşqul oldu, eyni

zamanda Milli Olimpiya Komitəsinin vitse-prezidenti oldu, Belarusun sərbəst güləş

komandasına və Belarus Güləş Federasiyasına rəhbərlik edirdi. 2001-ci ildə Belarusun XX əsrin

ən yaxşı idmançısı kimi tanınıb, 2005-ci ildə isə dünya idmanı tarixində ən yaxşı sərbəst güləşçi

adına layiq görülüb və Güləş İdmanının Şöhrət Zalına daxil edilib.

Aleksandr Medved həm də sərbəst güləşlə bağlı iki kitabın müəllifidir.

Almaz Həsənli

Seçilən
84
50
oxumeni.az

10Mənbələr