AZ

Dünya çempionatı: Ruzanna yarımfinalda, Səmədovanın bürünc medal şansı

Bakı. Trend:

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünyaçempionatının 3-cü günündə qadın güləşçilər mübarizəyəbaşlayıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, 3 çəkidə pəhləvanlar həlledici görüşəvəsiqə qazanmaq uğrunda xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 3 güləşçisi 1/8 finalda mübarizəyəbaşlayıb.

U-20 dünya çempionatı
Yunan-Roma güləş
5️0 kq

Aysel Məmmədzadənin rəqibi Fatma Kızmaz (Türkiyə) olub. 0:6 hesabıilə uduzan güləşçimiz mundialda mübarizəni yekunlaşdırıb.

55 kq
Nərgiz Səmədova ilk olaraq çinli Lixuan Çendən güclü olub. Dramatikkeçən görüşdə Səmədova 18:13 hesabı ilə qalib gəlib. Nərgiz 1/4finalda monqolustanlı Kalium Byambasurenə 2:6 hesabı ilə uduzub.Rəqib finala vəsiqə qazansa, güləşçimiz bürünc uğrundatəsəlliverici görüşlərə qatılacaq.

59 kq
Ruzanna Məmmədova ilk görüşdə polşalı Nikola Vasilevskayanı 4:2hesabı ilə üstələyib. Məmmədova 1/4 finalda çinli Yifan Zhunu (4:0)üstələyib. Ruzannanın yarımfinalda rəqibi Sakura Onişi (Yaponiya)olacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsilolunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Məqalədə:
Seçilən
118
az.trend.az

1Mənbələr