AZ

29 layihənin icrası məqsədilə yenidənqurma işləri davam edir - VİDEO

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən paytaxtın Sabunçu rayonunda mövcud qaz xətlərinin əsaslı təmiri aparılır.

E-huquq.az xəbər verir ki, Birliyin Layihə Konstruktor Bürosu tərəfindən hazırlanan 29 sayda layihənin icrası qurumun Təmir-Tikinti İdarəsinə həvalə edilib.

Avqust ayından etibarən ümumi uzunluğu 22465 metr nəzərdə tutulan qaz xəttinin yenidən qurulmasına başlanılıb ki, artıq 10000 metrdən çox hissəsində işlər yekunlaşıb. Təqdim olunan 29 layihədən 10-da işlər artıq tam yekunlaşıb, 17 layihə üzrə işlər davam edir, 2 obyekt üzrə isə işlərə yaxın günlərdə start veriləcək.

Məlumat üçün bildirək ki, sentyabr ayının sonuna qədər qaz xəttinin çəkilişinin tam yekunlaşaraq istismara təhvil verilməsi nəzərdə tutulub.

Daha ətraflı video materialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
5
e-huquq.az

2Mənbələr