Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyə bölgəsində yeni əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Türkiyə kəşfiyyatının Süleymaniyyənin Dukan rayonunda Pilotsuz Uçuş Aparatları (PUA) ilə PKK-ya məxsus avtomobili vurması nəticəsində üç terrorçu öldürülüb.