“Türkiyə BRİCS-ə üzv olmaq üçün müraciət etdikdən sonra da Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd olmaqda davam edəcək”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano deyib:
“Hər bir ölkə kimi Türkiyə özü üçün nəyin yaxşı olduğuna qərar verə bilir. O ittifaqlar qurur, əməkdaşlıq əlaqələrini genişləndirir. Aİ ilə münasibətlərə gəlincə, Türkiyə Aİ üzvlüyünə namizəd olmağa davam edəcək. Bizim Türkiyə ilə ortaq gömrük ittifaqımız və yaxşı münasibətimiz var”.
Xatırladaq ki, sentyabrın 2-də “Bloomberg” Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etdiyini bildirib.
BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Aygün Mirakif,
KONKRET.az