AZ

Casusluqla məşğul olan bələdiyyə başçısı tutuldu - FOTO

Çinin xeyrinə casusluqda ittiham olunan Filippinin keçmiş meri Elis Quo İndoneziyada saxlanılıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Filippin prezidenti kiçik Ferdinand Markos Facebook sosial media platformasında mövzu ilə bağlı videomüraciət paylaşıb. 

Kiçik Markos Tarlak əyalətinin Bamban rayonunun keçmiş meri Alice Quonun İndoneziyada saxlanıldığını açıqlayıb. 

Əməyi keçən polis əməkdaşlarını təbrik edən kiçik Markos bu mövzuda göstərdiyi köməyə görə İndoneziya hökumətinə təşəkkür edib və iki ölkə arasında sıx əməkdaşlığın bunu mümkün etdiyini bildirib. 

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
bakivaxti.az

1Mənbələr