AZ

Klinika direktorunun ölkədən çıxışına "stop" qoyuldu

"Nigar Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Sərdar Seyidov Ağamir oğlu olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən "Nigar" klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var.

Artıq birinci instansiya məhkəməsi də vergi borcunun ödənilməsi barədə qərar verib. Sərdar Seyidov Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Səadət Səlimovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur. 

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
13
qaynarinfo.az

10Mənbələr