Seçkiləri çox yaxşı, normal şəraitdə keçirmişik.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, MSK üzvləri özləri hansısa pozuntu ilə bağlı məlumat alıblarsa, bunu da araşdırmalıdırlar:
"Seçkidə təkcə müraciət edənlər araşdırılmır. Həm də müraciət olmadıqda araşdırılır. Yəni fakt yazılıbsa, amma həmin pozuntu haqqında MSK-ya müraciət olunmayıbsa, yenə də biz bunu araşdıracağıq. Biz məlumatımız olan, qarşımıza çıxan bütün məsələlərə diqqətlə yanaşırıq. Hansısa məntəqədə kütləvi bülleten atilibsa, bununla bağlı kiminsə bizə şikayət etməyini gozləmərik. Bütün yayılanları əvvəlkindən də diqqətlə yoxlayacağıq".