AZ

"Məni heç kim susdura bilməz" - Dmitri Qordon

 
"Putin planetin 1 nömrəli manyakıdır, o, cansıxıcı əsgər ətindən iyrənib, delikates axtarışındadır, bu, Dima Qordon olmalıydı, amma alınmadı..."
 
Tanınmış ukraynalı jurnalist, çoxmilyonlu istifadəçisi olan publisist Dmitri Qordon onun qətlini sifariş verən şəxsin adını açıqlayıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə  "gordonua.com" nəşrinin baş redaktoru, həyat yoldaşı Alesa Batsmanla söhbətində bəyan edib.
 
Qordon qeyd edib ki, onun peşə fəaliyyəti Kreml rəhbərində böyük narazılıq doğurur.
 
"Mən müharibədəyəm, mən cəbhədəyəm, bu, jurnalist cəbhəsidir, bu, ideoloji cəbhədir. Mənim düşmənlə mübarizə aparan böyük mediaimperiyam var. "YouTube", "Facebook", "X", "Telegram", "İnstagram", "TikTok"da 10, 5 milyondan artıq istifadəçilərim var. Mənim təkcə "YouTube" kanallarımda 7, 3 milyon istifadəçim var. Bu, böyük qüvvədir. Mənim və qonaqlarımın o cümlədən Rusiya auditoriyasına çatdırdığı həqiqətlər Putinin xoşuna gəlmir", - jurnalist izah edib.
 
O, qeyd edib ki, onun fiziki olaraq aradan götürülməsi üçün FTX elit diversantlar qrupu göndərib. "Amma bu, məni dayandırmayacaq. Mən nə etdiyimi və nəyə görə etdiyimi yaxşı bilirəm və mən bunu davam edəcəyəm. Ola bilsin ki, bunu ikiqat güclə edəcəyəm", - Qordon vəd edib.
 
TSN xidmətinə şərhində o, əmin edib ki, FTX birbaşa Putinin əmrini icra edib. "Belə işlər birinci şəxsin əmri olmadan icra edilmir. Ona görə də mən bunun Putin olduğunu təsdiq edirəm", - Qordon deyib. Jurnalistin sözlərinə görə, o, Rusiyanın və Rusiya hakiminin əsas düşmənlərindən biridir.
 
"Bir çox illər ərzində məni ovlamaq istəyirlər. Ukrayna Təhlükəsizlik Xidməti müxtəlif illərdə mənə qarşı Rusiya tərəfindən terror aktı təhlükəsi barədə iş açıb, ona görə də bu, ilk sui-qəsd cəhdi deyil", - Qordon vurğulayıb.
 
Xatırladaq ki, dünən Ukrayna Təhlükəsizlik Xidməti Qordonun qətlini hazırlayan FTX-nın casus şəbəkəsini həbs edib. Dörd nəfər şübhəli bilinən şəxs, o cümlədən sabiq xalq deputatı (adı açıqlanmır), diversiyanın icraçısı, partlayıcı qurğuların tədarükçüsü və müşahidəçi qadın saxlanılıb.
 
Tanınmış rusiyalı müxalif jurnalist, publisist və teleaparıcı Aleksandr Nevzorov bununla bağlı "Qordon" nəşrinin bloqunda bunları yazıb:
 
Александр Невзоров
 
"Putin cansıxıcı əsgər ətindən artıq iyrənib, o, delikates axtarışındadır.  Belə delikates məhz Dima Qordon olmalıydı. Lakin Putinə istənilən münasibət bu vampirin qətllərə mübtəla olduğunu və özünün bütün həm yalançı, həm də gerçək problemlərini məhz qətllər vasitəsilə həll etdiyini bircə dəqiqə də unutmağa imkan vermir.
 
Ya o, həmişə manyak olub, ya da Kreml taxtı onu manyaka çevirib, lakin hazırkı məqamda Putin, heç şübhəsiz, planetin 1 nömrəli manyakıdır.
 
O, qətllərlə yaşayır və bunlardan zövq alır. O, hər sutkanı mənasız müharibənin yüz minlərlə meyitindən əylənmək üçün azacıq imkanı belə əldən vermir. Amma o, bəzən boz və cansıxıcı əsgər ətindən iyrənir, o zaman o, delikates axtarışına baş vurur.
 
Ukraynalı jurnalist Dima Qordon məhz belə delikates olmalıydı. Onun ölümü vampirin ləziz yemək həsrətinə bircə həftə son qoyacaqdı, amma UTX müdaxilə edib və indi Putinə kədərli halda "dimdikləmək" qalır. Alınmadı, əmələ gəlmədi.  Öz ağasını sevindirməli olan FTX qrupu isə ələ keçirilib.
 
Fürsətdən istifadə edərək Avropada "sabiq rus" jurnalistlərinin müdafiəsini öz üzərinə götürən Avropa İttifaqının xüsusi xidmət orqanlarına təşəkkür edirəm. Onların sutka boyunca qayğısı və qəyyumluğu olmasaydı, bu sətirləri yazan kimsə olmayacaqdı".
Seçilən
211
50
moderator.az

10Mənbələr