AZ

"Oskar" alan film gerçək oldu: Dəhşət dolu 4 illik əsarət - FOTO

“Oskar” mükafatına layiq görülən otaq filmi gerçək olub.

Ölkə.Az xəbər verir ki, hadisə Polşanın Qloqov şəhərində yaşanıb.

Belə ki, Malqorzata adlı 30 yaşlı qadın 2019-cu ildə internetdə tanışlıq saytı vasitəsilə Mateusz J. adlı kişi ilə ünsiyyət yaradıb.

Ona aşiq olan qadın bir müddət sonra kişinin əsirinə çevrilib.

Əvvəlki evliliyindən olan uşaqlarını ailəsinə qoyaraq kişiilə birgə yaşamağa başlayan Malqorzata 4 il qaranlıq daxmada əsir saxlanılıb.

Üstəlik, gənc qadın onu cinsi istismar edən şəxsdən hamilə qalıb.

Körpəsi övladlığa verilən, illərlə işgəncələrə məruz qalan qadın Mateusz J-nin tələblərini yerinə yetirmədikdə kişi onu döyüb, olmazın işgəncələr verib.

Hər dəfə Mateusz J. xəsarət alan qadını xəstəxanaya aparsa da, o qorxusundan susub.

Sonuncu dəfə Malqorzata çiyni çıxdığı üçün xəstəxanaya aparılıb. O, nəhayət cəsarətini toplayıb və başına gələnləri həkimlərə danışıb.

Qadının həyat hekayəsi “Room” (Otaq) filminə bənzədilib.

Billurə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
olke.az

2Mənbələr