UEFA Millətlər Liqasında Uelsvə İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandasının heyətində itki baş verib. Sport24.az xəbər verir ki, "Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy zədə səbəbindən yığmanın düşərgəsindən kənarlaşdırılıb. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Digər hücumçu Mustafa Hekimoğlu isə U-21 milli komandasının düşərgəsinə göndərilib.
Qeyd edək ki, Türkiyə millisi sentyabrın 6-da səfərdə Uelsin qonağı olacaq, 3 gün sonra isə İzmirdə İslandiya seçməsini qəbul edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta