AZ

Belarus Prezidenti Lukaşenko 30 etirazçını əfv edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko, etirazlarda iştirak etdiklərinə görə məhkum edilmiş 30 vətəndaşı əfv edib. Belarus liderinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu qərar müvafiq fərmana əsasən verilib.

Əfv olunanlar arasında 23 kişi və 7 qadın var ki, onların əksəriyyəti azyaşlı və yeniyetmə uşaqları olan valideynlərdir. Hər biri əfv şərtlərinə əməl edib, günahlarını etiraf edib və peşmanlıqlarını ifadə ediblər. Əfv olunanların davranışlarına nəzarəti Belarus Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Qeyd edək ki, avqust ayında da Prezident Lukaşenko 14 qadın və 16 kişini əfv etmişdi, onlardan bəziləri ciddi xəstəliklərdən əziyyət çəkirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
olaylar.az

1Mənbələr