“Rusiyaya işləmək üçün gələn aşağı ixtisaslı miqrantlar ailə üzvlərini özləri ilə gətirməməlidirlər”.
Azpost.info bildirir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Biz indi bu məsələni müzakirə edirik. Çünki qanunvericilikdə bunu etməyə imkan verən boşluq var” deyə Volodin Samarada keçirilən Dövlət Duması Şurasının iclası zamanı bildirib.
Volodin həmçinin qeyd edib ki, Rusiya ərazisinə gələn əcnəbi mütəxəssisə görə məsuliyyəti onu iş yerinə dəvət edən müəssisə daşımalıdır. “Biz hər şeyi etməyə çalışmalıyıq ki, əmək miqrasiyası iqtisadi inkişaf problemlərinin həllinə kömək etsin, digər tərəfdən gələnlər qanunlarımıza, adət-ənənələrimizə əməl etsin, dili bilsin. Onda problemimiz olmayacaq”, – deyə o, aydınlıq gətirib.
Volodinin qeyd etdiyi kimi, miqrasiya siyasəti sahəsində məsələlər hazırda idarələrin fəaliyyəti üçün prioritetdir.