AZ

Tural Abbaslıdan deputatın 10 minlik çantasına – REAKSİYA

Deputat Hicran Hüseynovanın istifadə etdiyi 10 minlik əl çantası sosial şəbəkədə gündəm mövzusuna çevrilib.

Məsələ ilə bağlı Tribunainfo.az-a münasibət bildirən AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, “kim nə geyinir-geyinmir şəxsi işidir, amma biz siyasi xadimlər çalışmalıyıq ki, ictimaiyyət qarşısında cəmiyyətdəki dəngələri nəzərə alaq”.

Onun sözlərinə görə, bir cəmiyyətdə ki, yoxsulluq faizi yüksəkdir, insanlar sosial yardım almaq üçün bu qədər iztirab çəkirlər, 300-500 manat sosial yardım və əlillik pulu alacaqlar deyə bu qədər üsyan edirlər, yaxud da 100-200 manat uşaqpulu alacaqlar deyə əhalinin etirazları var, belə bir cəmiyyətdə u qiymətdə çanta ilə ictimaiyyət önünə çıxmağı doğru hesab etmir: “Bu problem siyasi məsələdən daha çox, şəxsin özünün xarakterinə bağlı bir məsələdir”.

 

Seçilən
124
1
tribunainfo.az

2Mənbələr