AZ

Telegram Cənubi Koreya hökumətindən üzr istəyib

     Dünən xəbər ortaya çıxdı ki, Cənubi Koreya-da Telegram ilə bağlı istintaqa start verilib. Səbəb isə messencerin koreyalı qadınların iştirakı ilə pornoqrafik məzmunlu deepfake-lərin yayılmasında şübhəli bilinməsindədir. İndi isə Cənubi Koreyanın telekommunikasiya sahəsindəki standartlar komissiyası xəbər verib ki, Telegram administrasiyası idarənin tələblərini qəbul edərək öz platformasından pornoqrafik məzmunlu deepfake kontentləri silib.     Bundan əlavə olaraq Telegram rəsmiləri bu mövzuya sürətlə reaksiya vermədikləri üçün üzr istəyib və gələcəkdəki əməkdaşlığa hazır olduqlarını bildiriblər. Qeyd etmək lazımdır ki, Cənubi Koreyada Telegram-la bağlı istintaqa bu mövzu ətrafında messencer barəsində olmuş çoxlu sayda şikayətlərdən sonra start verilib. Nəticədə Telegram-ın Şərqi Asiya regionu üzrə təmsilçisi Cənubi Koreyanın telekommunikasiya sahəsindəki standartlar komissiyasına rəsmi məktub göndərib. Göndərilmiş rəsmi məktubda qeyd edilib ki, Telegram öz platformasından pornoqrafik məzmun xarakterli 25 ədəd kontenti silib. Məhz həmin kontentlər səbəbilə Cənubi Koreyanın Milli Polis İdarəsi Telegram ilə bağlı istintaqa start verib.

Seçilən
101
technote.az

1Mənbələr