AZ

ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib

     Bloomberg saytının vermiş olduğu məlumata əsasən ABŞ-ın Ədliyyə Nazirliyi NVIDIA və ona bənzər şirkətləri antimonopoliya istintaqı ilə bağlı ifadə vermək üçün cəlb etməyə başlayıb. Bu proses öz növbəsində nazirliyi NVIDIA şirkətinə qarşı formal ittihamların qaldırılmasına yaxınlaşdırır. Belə ki, nazirliyin fikrincə NVIDIA şirkəti öz müştərilərinin digər şirkətlərin məhsullarına keçidlərdə maneələr yaradır və yalnız onun məhsullarını əldə etməyən müştərilərini cəzalandırır. Bloomberg saytı ilk dəfə bu antimonopoliya istintaqı barəsində iyun ayında xəbər vermişdi.     Aparılan istintaqda əsas rolu Ədliyyə Nazirliyinin San-Fransiskodakı nümayəndəliyi oynayır. İstintaqı aparanlar ilk növbədə NVIDIA-nın böyük müştəriləri arasında bu şirkətin biznes praktikası barəsində sorğu aparıblar. NVIDIA start götürmüş istintaq barəsində fikir bildirməkdən imtina etsə də, qeyd edib ki, onun bazardakı dominant vəziyyəti məhsullarının yüksək keyfiyyəti ilə bağlıdır. Qeyd etmək lazımdır ki, iyun ayında NVIDIA qısa müddət ərzində bazar dəyəri üzrə ən böyük ictimai şirkət statusunu qazandıqdan sonra antimonopoliya nümayəndələrinin diqqətlərini cəlb edib.    Şirkətin dövriyyəsi artıq neçənci rübdür ki, yüksəlməkdə davam edir. Bundan əlavə olaraq tənzimləyici orqanlar NVIDIA-nın süni zəka sahəsində fəaliyyət göstərən Run:AI adlı startapı əldə etməsi ilə də maraqlanmağa başladılar. Hal-hazırda tənzimləyici orqanlar yalnız NVIDIA məhsullarını almaqla özlərini məhdudlaşdıran müştərilərin şirkət tərəfindən təqdim edilən üstünlüklərdən faydalanıb-faydalanmadıqlarını təyin etməyə çalışırlar. NVIDIA qarşı istintaqın başlandığı xəbərinin ortaya çıxması öz növbəsində şirkətin bazar dəyərinə təsir göstərib. Belə ki, şirkət bir gün ərzində 300 milyard dollara yaxın bazar dəyəri itirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
technote.az

1Mənbələr