Mobil telefonlar 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində geniş yayılmağa başladı. O vaxtdan bəri cib telefonları həmişə xərçəngə səbəb olmaqda ittiham olunur.

İndex.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1994-2022-ci illərdə xüsusilə beyin xərçəngi və cib telefonları ilə bağlı aparılan 64 araşdırmanı araşdırıb və nəticələri dərc edib.

İlk dəfə 1994-cü ildə başlayan bu araşdırmalar 2022-ci ilə qədər davam etdi. Cəmi 6 araşdırma nəticəsində cib telefonları ilə xərçəng arasında heç bir əlaqə tapılmadı. Bu tədqiqatlar cib telefonlarına yönəldilsə də, televizorlar, monitorlar və radar sistemləri kimi cihazlar vasitəsilə də əlaqə yaratmağa çalışırlar. Tədqiqatlar bu cihazların yaydığı radiotezliyin təsirinə diqqət yetirir.

Yeni Zelandiyanın Oklend Universitetinin Xərçəng Epidemiologiyası üzrə professoru Mark Elvud tədqiqatın həmmüəllifləri arasındadır. Elvud izah edib ki, işin böyük hissəsi baza stansiyaları və mobil telefonlar kimi radiotezliklər yayan bütün müasir cihazlara yönəlib.

Tədqiqat radiotezliyi ilə hipofiz vəzi, tüpürcək vəzi, beyin xərçəngi və leykemiya xərçəngi arasında əlaqə tapmağa çalışıb. Bununla belə, tədqiqatların heç biri xərçəng növləri ilə mobil telefonlar və müasir cihazlar arasında qəti əlaqə aşkar etməyib. Araşdırmada uzun müddət cib telefonlarından istifadə edənlər arasında bu əlaqə aşkar edilməyib.

Tədqiqatlar ən azı bu əlaqənin xərçəng riskini artırmaq üçün kifayət qədər yüksək olmadığını ortaya qoydu. ÜST bütün bu nəticələrin vacib olduğu qənaətindədir, lakin tədqiqatlar davam etdirilməlidir.