AZ

Ermənistan Azərbaycanla anlaşmanı təsdiqləyəcək

Sentyabrın 5-də hökumət Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyətinin əsasnaməsini təsdiq edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.

“Sabah əsasnamə hökumət tərəfindən beynəlxalq müqavilə layihəsi kimi təsdiqlənəcək və Konstitusiya Məhkəməsinə göndəriləcək. Hesab edirəm ki, bu, konsensual və yüksək keyfiyyətli sənəddir, ATƏT-in prinsiplərinə uyğundur”, - Minasyan qeyd edib.

Müvafiq sənəd avqustun 30-da Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iclasında imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
86
teleqraf.com

1Mənbələr