AZ

Vladiqafqazda partlayış baş verib

Partlayış Vladiqafqazda Çermenski dairəsi adlanan ərazidə ( İnquşetiya və Şimali Osetiyanın inzibati sərhədi) baş verib.

32gun.az bildirir ki, bu barədə mənbələrə istinadən Sapa 15 Telegram kanalı məlumat yayıb. 

“Vladiqafqazda Çermenski dairəsində partlayış baş verib”, - deyə qeyd edilib.

Telekanalın məlumatına görə, partlayış təxminən saat 15:30-da (Moskva vaxtı ilə üst-üstə düşür) yanacaqdoldurma məntəqələrindən birində baş verib. İlkin məlumata görə, səbəb yanacaqdoldurma məntəqəsində metan sızması olub.

Hadisə yerinə təcili xidmətlər gəlib.

Ölənlər barədə məlumat yoxdur, hadisənin təfərrüatları müəyyənləşdirilir.

Ayxan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
32gun.az

1Mənbələr