AZ

Kim Çen In təbii fəlakətə görə onlarla məmuru edam etdirdi  

Avqust ayında Şimali Koreyada daşqınlardan zərər çəkmiş bölgədə vəzifələrdə olan 20-30 nəfərə qədər məmur edam edilib.

Musavat.com xəbər verir ki, məlumatı Cənubi Koreyadakı mənbəyə istinadən TV Chosun yayıb. Kanalın həmsöhbəti bildirib ki, edamlara səbəb daşqınların vurduğu “zərərin qarşısını ala bilməmək” olub.

Şimali Koreya lideri Kim Çen In daha əvvəl xəbərdarlıq etmişdi ki, o, öz öhdəliklərinə “ciddi laqeyd yanaşan” və qurbanlara görə məsuliyyət daşıyanları cəzalandıracaq.

Qeyd edək ki, Şimali Koreyanın şimal-qərbində iyulun sonunda güclü yağışlar səbəbindən daşqınlar başlayıb. 4,1 mindən çox evə və əkin sahələrinə ziyan dəyib. Cənubi Koreya tərəfinin məlumatına görə, 1,5 minə qədər insan təbii fəlakətin qurbanı ola bilər. Kim Çen In Cənubi Koreya mediasının xəbərlərini “böhtan kampaniyası” adlandırıb. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
musavat.com

1Mənbələr