Di Mariya maraqlı açıqlama ilə gündəmə gəlib. 

Offsideplus.az xəbər verir ki, ondan çalışdığı ən pis və yaxşı məşqçilərin adı soruşulub. Argentinalı suala belə cavab verib:

"Ən pisi Van Qaldır. Mən bu suala gözləmədən cavab verirəm. Ən yaxşılar isə Alexandro Sabella və Lionel Skalonidir. Üçüncünü demək isə çətindir. Çox məşqçi ilə işləmişəm. Mourinyo, Ançelotti? O qədər yaxşı məşqçilər üçün oynamışam ki, seçmək çətindir".