AZ

Vuçiç MiQ-29 qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib



Serbiya prezidenti Aleksandar Vucic Belqradın MiQ-29 qırıcılarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırması ilə bağlı yayılan xəbərləri təkzib edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Xatırladaq ki, belə bir məlumat Serbiyanın 12 Fransız Rafale təyyarəsi alması fonunda ortaya çıxıb. Vuçiçin sözlərinə görə, Ukraynaya döyüş təyyarələrinin göndərilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil və bu məlumatı yayanlar “yalançılar və dəlilərdir”.“Gördüm ki, bəziləri deyirlər ki, biz öz MiQ-larımızı Ukraynaya göndərəcəyik. Bu insanlara, məni tanıyanlara, Serbiya Respublikası Ordusunun Ali Baş Komandanına deməliyəm ki, mən həyatımda bunu heç vaxt etməzdim və dünyada heç bir şeyə görə heç kimə vermərəm. ” dedi.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
aia.az

1Mənbələr