AZ

“Qiymətlər astronomikdir”

Dünyanın hər yerindən musiqisevərlər 15 ildən sonra yenidən bir araya gələn Britaniyanın “Oasis” musiqi qrupunun qarşıdan gələn qastrolu ilə bağlı həyəcan keçirirlər.

Liam və Noel Qallaqher qardaşları tərəfindən qurulan qrup, yenidən bir araya gəldiklərini elan edərək pərəstişkarlarını sevindirib. Yenidən birləşən qrupun məşhur Uembli Stadionunda dörd konsert verəcəyi və daha sonra Böyük Britaniya turuna çıxacağı bildirilir.

Bütün dünyada həyəcan yaradan bilet satışı İngiltərədə müzakirələrə səbəb olub. Biletlər bir çox saytlarda baha qiymətə satışa çıxarılır.

İngiltərə Baş naziri Keir Starmer “Oasis” konsertləri üçün bilet qiymətlərinin astronomik olduğunu və təkrar satışın qarşısını almaq üçün tədbirlər görəcəyini bildirib.

“Oasisin yenidən bir araya gəlməsi çox gözəldir”, – deyən Starmer, qrup pərəstişkarlarının qeyri-qanuni bilet satışlarından qorunmalı olduqlarını da əlavə edib.

İngiltərənin müsabiqə komissiyası da konsert biletlərinin satışını izlədiyini və qiymət fərqlərini araşdırdığını açıqlayıb.

“Oazis” sosial mediada paylaşdıqları mesajda biletlərin rəsmi satıcılardan alınmasını da istəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
vaxt.az

1Mənbələr