AZ

Kadr işləri üzrə mütəxəssis - VAKANSİYA

"Regency Consulting and Tax Solutions" şirkəti Kadr işləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş barədə məlumat:

  • Əmək müqavilələrinin bağlanması, dəyişikliklər və xitam edilməsi ;
  • Əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması ( məzuniyyət, ezamiyyə,, işə qəbul, mükafat və s.) ;
  • Əmək haqqı kartı sifarişlərinin verilməsi;
  • Tabellərin tərtib edilməsi;
  • 1C proqramında gündəlik əməliyyatların icrası
  • Sosial məzuniyyətlərə dair əməliyyatların icrası;
  • Aylıq, rüblük statistika hesabatlarının verilməsi;
  • İcbari sığorta müqavilələrinin bağlanması və əlavələr edilməsi ilə bağlı əməliyyatlar;
  • Kadr sənədlərinin uçotunun aparılması;
  • Müştərilər tərəfindən daxil olan digər gündəlik sorğuların icrası.

İş şəraiti:

  • Həftədə 5 iş günü, saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Koorporativ mobil nömrə;
  • Əmək haqqı – 600-700 AZN ;
  • İlkin olaraq, 1 həftə sınaq müddəti təyin olunur. Sınaq müddəti ödənişsizdir.

Namizəd üçün tələblər:

  • Ali və ya orta təhsil;
  • İnsan Resursları sahəsində 1 ildən çox iş təcrübəsi;
  • Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
  • İnsan Resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, Əmək Məcəlləsi ilə əlaqəli qanunlar, normativlər);
  • ƏMAS, İSB və Elektron Hökumət Portalında işləmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir. Rus dili üstünlükdür.

Namizədlərdən “cv”-lərini cv@rcts.az elektron poçt ünvanına mövzu yerində "Kadr işləri üzrə mütəxəssis"- “Vakansiyanın əldə olunduğu mənbənin adı” başlığı yazmaqla göndərmələri xahiş olunur.

Seçilən
338
37
fins.az

10Mənbələr