AZ

“Mançester Yunayted” yeni dəyişikliklər planlaşdırır

İngiltərə nəhəngi “Mançester Yunayted”in rəhbərliyi klubun strukturunda yeni dəyişikliklər həyata keçirmək niyyətindədir.

Arena.az bu barədə “Athletic” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, klub iki il əvvəl bu vəzifəyə təyin edilmiş, “Mançester Yunayted”in idman direktorunun müavini Endi O’Boyl ilə əməkdaşlığa son qoymaq niyyətindədir.

O’Boylun vəzifələrinə kişi və qadın komandaları və akademiya ilə bağlı işlər daxildir.

Beləliklə “qırmızı şeytanlar”ın futbol üzrə direktor müavini Endi O’Boyl iki illik çalışmasından sonra “Old Trafford”dan ayrılacaq. Klub isə yüksək səviyyəli rəhbərlik strukturunda əlavə dəyişikliklər etməyə hazırlaşır.

Yeni mövsümə də uğursuz başlamış Mançester təmsilçisi hazırda İngiltərə Premyer Liqasının yarış cədvəlində 3 turdan 3 xalla 14-ü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar”ın ötən il nümayiş etdirdiklri uğursuzluq zolağından hələ də çıxa bilmədiyi gözə çarpır.

Seçilən
58
arena.az

1Mənbələr