Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb.
Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, müalicə üçün maddi yardımın göstərilməsi kimi məsələlər yer alıb.
Dilə gətirilən əksər müraciətlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanunamüvafiq formada aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
- Müraciət
- Sədr
- Gəncə
- Əməkdaş
- Şəhər
- Vətəndaş
- Rəhbər
- Vətəndaşlar
- Əməkdaşlar
- Müəssisə
- Təşkilat
- Icra
- Apa
- Idarə
- Yap
- Işlər
- Bələdiyyə
- Aparat
- Niyazi Bayramov
- Qanunamüvafiq
- Vətəndaş Müraciətləri
- Müraciətlər
- İcra Hakimiyyəti
- Məsul Əməkdaşlar
- Şəhər İcra Hakimiyyəti
- Gəncə Şəhər İcra Hakimiyyəti
- Şəhər Təşkilatı
- Müəssisə Rəhbər
- Gəncə Şəhər Təşkilatı
- Yap Gəncə
- Bayram Aslanov
- Icry
- Məsul Əməkdaş
- Yap Gəncə Şəhər Təşkilatı
- Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı