AZ

Bekhem karyerasını bitirməyə qərar verdi

İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemin oğlu Romeo Bekhem futbolçu karyerasını bitirmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Xəbərə görə, sentyabrın 1-də 22 yaşı tamam olan oğul-Bekhem bütün diqqətini model biznesinə yönəltmək niyyətindədir. Romeo artıq Parisin aparıcı model agentliklərindən biri ilə müqavilə imzalayıb.

Romeo Bekhem 2023-cü ildən "Brentford"un ikinci komandasında oynayır. "Albalılar" futbolçuya müqavilənin müddətini uzatmağı təklif etsə də, David və Viktoria Bekhemlərin ikinci oğlu onu rədd edib. 

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
11
fanat.az

9Mənbələr