Cənubi Koreyada yerləşən “Çosun” telekanalının xəbərində iyul ayında Şimali Koreyada baş verən daşqınlardan sonra ölkənin müvafiq qurumları ilə bağlı iddia irəli sürülüb.
İddialara görə, Şimali Koreya lideri Kimin göstərişi ilə keçən ay daşqınlar zamanı vəzifələrini yerinə yetirməməkdə günahlandırılan 20-30 məmur edam edilib.
“Yonhap”ın xəbərinə görə, Cənubi Koreya Milli Kəşfiyyat Xidmətindən mövzu ilə bağlı açıqlama verilib. Bəyanatda iddialardan sonra vəziyyətin "yaxından izlənildiyi" bildirilib.
***
Şimali Koreyanın şimal-qərbində yerləşən Sinuiju şəhərində iyul ayında Şimali Koreya-Çin sərhədindəki Yalu çayının leysan yağışlar səbəbilə daşması nəticəsində bölgədə qapalı qalan 5 mindən çox insan təxliyə edilib.
Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyada leysan yağışlar və daşqınlar nəticəsində ölən və ya itkin düşənlərin sayının 1000-i keçdiyini təxmin etdiklərini bildirib.
Kim Çen In isə Cənubi Koreya mediasını ölkəsindəki daşqınların vurduğu ziyanın miqyası ilə bağlı uydurma xəbərlər hazırlamaqda ittiham edərək qınayıb.