AZ

İsveç XİN başçısı vəzifəsini tərk edərək siyasətdən gedir

İsveçin xarici işlər naziri Tobias Billström vəzifəsini tərk edəcəyini açıqlayıb.

“Far.Az” xəbər verir ki, bu barədə “The Local” portalı məlumat yayıb.

“Bu gün baş nazirə məlumat verdim ki, xarici işlər naziri vəzifəsini tərk edirəm”, - o deyib.

Nazirin bu qərarının səbəblərini açıqlamadığı, ancaq siyasətdən tamamilə getməyə hazırlaşdığı qeyd edilir.

“Bu o deməkdir ki, mən həm də parlamentdəki yerimdən ayrılacağam”, - o əlavə edib.

Qeyd edək ki, Billströmün 50 yaşı var. O, bir neçə qəzetdə siyasi redaktor vəzifəsində çalışdıqdan sonra 2002-ci ildə Riksdaqda (parlamentdə) deputat olub. Dörd ildən sonra o, miqrasiya naziri təyin edilib, 2022-ci ilin oktyabrından isə xarici işlər naziri postunu tutur.

Seçilən
89
far.az

1Mənbələr