Türkiyə Super Liqasında "Fənərbağça" - "Qalatasaray" oyununun vaxtı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Türkiyə derbisi 21 sentyabr Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Bu barədə TFF məlumat yayıb. 

Görüş Super Liqada VI tur çərçivəsində keçiriləcək. 

4 turdan sonra "Fənərbağça" turnir cədvəlində 10 xalla liderdir. 1 oyun az keçirən "Qalatasaray" və "Beşiktaş" isə hərəyə 9 xalla ikinci və üçüncü yerlərdə qərarlaşıb.