AZ

Bryansk vilayətinin sakini Krımda terror aktı hazırlayırmış

Bryansk vilayətinin sakini Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə Krımda terror aktı hazırlayırmış.

Doğru.az xəbər verir ki, bu barədə Krım prokurorluğu məlumat yayıb.

“İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi ilə əməkdaşlıq edərək 2023-cü ilin noyabrında Krım Respublikası ərazisinə gəlib və orada partlayıcı qurğuların istehsalı ilə bağlı video təlimat alıb. Daha sonra qadın 2 ədəd kustar üsulla hazırlanmış əl qumbarası hazırlayıb və həmin qumbaradan Z işarəsi olan avtomobili yandırmaq üçün istifadə etmək istəyib”, – deyə idarədən bildirilib.

Qadını Rusiya FSB-nin Krım Respublikası və Sevastopol şəhəri üzrə idarəsinin əməkdaşları saxlayıb. Faktla bağlı dövlətə xəyanət, terror aktına hazırlıq və terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə təlim keçmə maddələri ilə cinayət işi açılıb.

Bundan əvvəl Sevastopol sakini Krımda terror aktı hazırladığına görə 16 il müddətinə azadlıqdan məhrum edilib.

DOĞRU.AZ

Seçilən
152
10
dogru.az

10Mənbələr