AZ

ABŞ-da orta məktəbdə atışma olub - Ölənlər və yaralılar var

ABŞ-da

ABŞ-nın Corciya ştatında orta məktəbdə atışma olub. Hazırda təhlükəsizlik qüvvələri ətrafda geniş təhlükəsizlik tədbirləri görür.

Reyting.az
xəbər verir ki, yerli vaxtla saat 11.30 radələrində Uinder şəhərindəki Apalachee Liseyində atəş səsləri eşidilib.

Bundan sonra məktəbə gələn polislər ətrafdakı giriş-çıxışları bağlayıb.

Hadisə yerindən paylaşılan videolarda məktəbin ətrafında polis və yanğınsöndürən maşınların, ən azı 5 təcili tibbi yardım maşınının gözlədiyi, 1 yaralının təcili yardım helikopteri ilə xəstəxanaya aparıldığı görülüb.

İdman meydançasına toplaşan tələbələr nəzarətli şəkildə ailələrinə təhvil verilərkən, yerli xəstəxana mənbələri CNN-ə yaralanan bəzi şəxslərin xəstəxanaya gətirildiklərini təsdiqləyiblər.

Hələlik rəsmi mənbələrdən açıqlama verilməsə də, polis hadisə yerində aktiv araşdırmaları davam etdirir.

İlkin məlumatlara görə, 2 nəfər həyatını itirib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
reyting.az

1Mənbələr