AZ

"Yaqi" fırtınası super tayfuna çevrilərək Çinə yaxınlaşır

"Yaqi" tropik qasırğası super tayfuna çevrilib və Çinin cənub sahillərinə yaxınlaşmaqda davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Honq Konq Meteoroloji Rəsədxanası məlumat yayıb.

Hazırda Yagi Cənubi Çin dənizində, Honq Konqdan 430 km cənub-şərqdə yerləşir. Onun mərkəzində küləyin sürəti saniyədə 50 m-i keçir.

Super tayfun güclənməkdə davam edir və şimal-qərbdən Haynan əyalətinə doğru irəliləyir.
Meteoroloqlar cümə günü Leyçjou yarımadası yaxınlığındakı Quanqdonq əyalətinin sahillərini vuracağını proqnozlaşdırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
ucnoqta.az

1Mənbələr