Yaponiya hökuməti ilin birinci yarısında yeni doğulanların sayının son 55 ildə ən aşağı səviyyəyə düşməsini olduqca kritik hal kimi qiymətləndirib.Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin (MHLW) yenilənmiş məlumatlarına görə, yanvar-iyun dövründə doğum sayı 350 min 74 olub.Ötən ilin ilk 6 ayı ilə müqayisədə 6 faiz azalan bu rəqəm 1969-cu ildən bəri "ən aşağı" olaraq qeydə alınıb.Yanvar-iyun dövründə ölənlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 811 min 819 olub. Bu rəqəm də son 55 ilin ən yüksəyi olub.Yaponiyada ilin ilk 6 ayında yeni doğulan körpələrin sayı ardıcıl son 3 ildə 400 mindən aşağı qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta