Green Finans Menecement
Borcqaytarma üzrə mütəxəssis
Son tarix 04 okt 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Yaş həddi: 21-30
- Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti,
- Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
- Müştərilərlə davranış etikası.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
- Azerbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı – 350 azn (+ bonus )Həftədə 6 iş günü, saat 10:00-18:00, şənbə günü iş saatı 10:00-15:00, bazar günü - istirahət
Göstərilən tələblərə cavab verən namizədlər Mövzu hissəsində “Borcqaytarma üzrə mütəxəssis” yazaraq öz CV-lərini [email protected] e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar