AZ

“Sportinfo”nun rezonans doğuran xəbərinə klubdan reaksiya gəldi

“Kəpəz”in sabiq əməkdaşı Zamiq İmanovla yeni müqavilə bağlanmaması barədə xəbər vermişdik.

Bir daha xatırladaq ki, uzun illərdir klubda operator kimi fəaliyyət göstərən şəxs “Kəpəz”in uğurlarında pay sahibi olmuş Mehman Allahverdiyevin qohumu olduğuna görə məlum münasibətlə üzləşib.

Saytımıza verdiyi açıqlamada rəhbərliklə görüş zamanı ona “Kəpəz”in daxilindəki xəbərlərin kənara çıxarılması ittihamı irəli sürülsə də, bunun üçün tutarlı əsas göstərmədiklərini bildirib.

İmanovun dedikləri söz-söhbətə səbəb olduğundan, klubun mətbuat katibi Azad Mustafayev məsələ ilə bağlı Sportinfo.az-a danışıb:

“Zamiq İmanovun Mehman Allahverdiyevin qohumu olduğu və məhz buna görə işdən çıxarıldığı absurd fikirdir.

Nəzərinizə çatdıraq ki, onun klubda işlədiyi 10 ilin cəmi 5 ilində Mehman müəllim əvvəlcə icraçı direktor, daha sonra idman direktoru kimi "Kəpəz"də çalışıb və bu gün də İdarə Heyətinin üzvüdür.

Allahverdiyevin 5 il ərzində klubda çalışmadığı dövrdə İmanov daim klubumuzda işləyib. Ona sərbəst qrafikdə çalışması üçün güzəşt də edilib.

Maaşının artırılması şərtilə əlavə iş də təklif olunub, istəməyib. Çalışdığı illərdə də ayrı-ayrı rəhbərlərin dövründə ona klubdaxili məsələlərdə davranışı ilə bağlı zaman-zaman iradlar bildirilib.

Sonuncu belə hal ötən mövsümün sonlarında olub. Operator da son nəticədə iradı qəbul edərək səhvini etiraf edib.

Mövsümün əvvəlində müqaviləsi ilə bağlı məsələdə yenə rəhbərlik tərəfindən iradlar çatdırılıb və ona vəziyyəti düzəltməsi üçün bir aylıq sınaq müddəti təyin edilib.

Amma İmanov bundan imtina edib. Görünür o, özünə əmin olmayıb. Həmin görüşdə Zamiqin yaxın adamı da iştirak edib və vəziyyəti bilib”.

HƏBİB

Seçilən
121
sportinfo.az

1Mənbələr