AZ

“Zelenski dedi ki, Prezident Aparatında mənə ehtiyacı var"

Ukraynanın keçmiş baş nazirinin müavini İrina Vereşçuk Ukrayna Prezident Aparatının rəhbərinin müavini vəzifəsinə keçir.

Redaktor.az xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib.

“Prezident dedi ki, Prezident Aparatında mənə ehtiyacı var. Ona görə də mən dövlət idarəsinin rəis müavini vəzifəsinə keçirəm”, – o yazıb.

Qeyd edək ki, bir gün əvvəl məlum olmuşdu ki, Ukrayna prezidentinin aparat rəhbərinin müavini Rostislav Şurma vəzifəsini tərk edir. “Ukrayinska Pravda” nəşrinin mənbəsinə görə, Şurma çoxdan vəzifəsini tərk etmək istəyirdi və indi Vladimir Zelenski “onu buraxmağa hazırdır”.

Həmin gün İrina Vereşçuk öz "Telegram" kanalında istefa verdiyini elan edib.

Zelenski ölkə hökumətində və dövlət başçısının aparatında baş verən kadr dəyişikliklərini izah edərək bildirib ki, qarşıdan gələn payız ölkə üçün “son dərəcə vacib” olacaq, ona görə də hökumətdə bəzi sahələri gücləndirmək lazımdır.

Turan İSMAYIL

Seçilən
155
6
redaktor.az

8Mənbələr