AZ

Madrid meri: "Vinisius üzr istəməlidir"

style='margin-bottom:10px;'>

Madridin şəhərinin meri Xose Luis Martines-Almeyda “Real”ın futbolçusu Vinisius Juniyorun İspaniyada irqçiliklə bağlı açıqlamasına reaksiya verib.

QOL.az “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, o, deyib: “Biz hamımız qəbul edirik ki, cəmiyyətimizdə irqçi məqamlar olur və çalışmalıyıq ki, bu cür halları yox edək. Amma İspaniya və Madridi irqçi cəmiyyət adlandırmaq haqsızlıqdır. Xahiş edərdim ki, öz sözlərinə bir daha diqqət yetirsin və üzrxahlığını bildirsin. Mükəmməl futbolçu olmaq demək deyil ki, səhv buraxmaq olmaz və bu dəfə o, səhv etdi. Biz, İspaniya cəmiyyətinin böyük hissəsi, Vinisiusun irqçiliklə mübarizəsində yanındayıq. Amma bizi irqçi adlandıranda, onunla deyilik”.

Qeyd edək ki, daha əvvəl Vinisius Juniyor 2030-cu ilin dünya çempionatının irqçilik səbəbindən İspaniyadan keçirilməsini təklif etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
teleqraf.com

1Mənbələr