AZ

Boris Conson Ukraynada vuruşan Xarici legiona komandanlıq etmək istəyir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində Krım körpüsünün dağıtmaq üçün Ukraynaya kömək etməyə çağırıb və həm də bildirib ki, o, Ukraynada vuruşan Xarici Legiona rəhbərlik etməyə hazırdır.

“Biz onlara (Ukraynaya) ATACMS raketlərini verməliyik, onlara Kerç körpüsünü dağıtmağa kömək etməliyik, ukraynalılara Krımı riskə atmaq üçün vasitələr verməliyik” – Conson vurğulayıb. Bundan əlavə, Böyük Britaniyanın baş naziri Ukraynanın kütləvi səfərbərliyə ehtiyacı olduğunu da qeyd edib.

“Ukrayna ordusu, mənim gördüyüm veteranlar kifayət qədər yetkin insanlardır, yetkin uşaqlardır və onlar hələ bir çox gənclərini orduya çağırmayıblar” – ek baş nazir deyib. Prankerlər Consonu gözlənilməz açıqlamalar verməyə də vadar ediblər. Belə ki, Conson, general rütbəsi olsaydı, hərbi komandir ola biləcəyini deyib. “Mən sizin təsəvvür etdiyiniz kimi, Ukraynanın güclü tərəfdarıyam. Və çox vaxt arzu edirəm ki, hərbi işlərdə istedadlı, general olsaydım gedib Ukraynadakı Xarici legiona rəhbərlik edərdim”, – Conson qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
158
editor.az

1Mənbələr