AZ

“Neftçi”nin təklifi Emini qane etmədi – həm kapitan sarğısını istəyir, həm də start heyətində yer!

Emin Mahmudovun “Neftçi”dən ayrılmaq istədiyini və bu barədə klub rəhbərliyini məlumatlandırdığını yazmışdıq.

“Football-plus.az”ın məlumatına görə, mövzu ətrafında növbəti hadisələr cərəyan edib.
Belə ki, rəhbərlik kapitan sarğısını futbolçuya qaytarmaqla fikrindən daşındırmağa çalışıb. Daha doğrusu, 5-ci turda “Şamaxı”ya qarşı səfərdə keçirilən oyunda (0:0) Ramil Şeydayev sarğını sonradan meydana buraxılan Eminə təhvil versə də, rəhbərliyin “sülh” təklifi oyunçunu qane etməyib. Qısası, komandadan ayrılmaqda israrlıdı. Ona görə ki, Mahmudovun tələbi həm də start heyətində yerdu. Lakin Roman Qriqorçuk qətiyyətlə buna qarşıdı. Ukraynalı Eminin komandanın hədəflərinə uyğun performans göstərə bilməyəcəyinə əmindi.
Həmçinin futbolçu Türkiyənin 1-ci liqa klublarından biriylə danışıqları davam etdirir. Emin istədiyini tezliklə almasa, “Neftçi”ni tərk edəcək.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
football-plus.az

1Mənbələr